🌐 Azerbaijani, bahasa Indonesia, Català, Čeština, Dansk, Deutsch, English, Español, Français, Galego, Italiano, Kurdî, Lietuvių, Mongolian, Nederlands, Norsk, Polski, Português, Română, tiếng Việt, Türkçe, Ελληνικά, Беларуская мова, Русский, Українська, العربية, فارسی, नेपाली भाषा हिंदी, অসমীয়া, বাংলা, မြန်မာ, 한국어, 日本語, 正體中文, 简体中文
Original Apollo 11 Yönləndirmə Kompüterinin (AGC) Komanda Modulu (Comanche055) və Ay modulu (Luminary099) üçün mənbə kodu. Virtual AGC və MIT Museum əməkdaşları tərəfindən rəqəmsallaşdırılıb. Məqsəd, original Apollo 11 mənbə kodunu ehtiva edən bir repo yaratmaqdır. Buna görə də, bu repodakı transkriptlər ilə original Luminary 099 və Comanche 055 mənbə skanları arasında aşkarlanan xətalarla və ya mənim gözdən qaçırdığım bir fayl ilə əlaqəli pull request-ləri önəmsəyirik.
Zəhmət olmasa pull request etmədən öncə CONTRIBUTING.az.md faylını oxuyun.
Əgər original mənbə kodunu kompilyasiya etmək istəyirsinizsə, Virtual AGC proyektinə baxa bilərsiniz.
Lisenziya | İctimai mülkiyyət - ABŞ hökumətinin işi |
Comanche055 | Apollo Yönləndirmə Kompüteri (AGC) Komanda Modulu (CM) olan Colossus 2A-nın mənbə kodunun bir hissəsi.AGC proqramı Comanche-in NASA tərəfindən yaradılan 055 sayılı birləşdirmə təftişi 2021113-051. 10:28 APR. 1, 1969 |
Luminary099 | Apollo Yönləndirmə Kompüteri (AGC) Ay Modulu (LM) olan Luminary 1A-in mənbə kodunun bir parçası.AGC Proqramı LMY99-un NASA tərəfindən yaradılan 001 sayılı birləşdirmə təftişi 2021112-061. 16:27 İYUL. 14, 1969 |
Kompilyator | yaYUL |
Əlaqə | Ron Burkey [email protected] |
Sayt | www.ibiblio.org/apollo |
Rəqəmsallaşdırma | Bu mənbə kodu MIT muzeyindəki kağız nüsxələrin fotoşəkillərindən uyğunlaşdırılmış və ya köçürülmüşdür. Rəqəmsallaşdırma Muzeyin əməkdaşı Deborah Duqlas tərəfindən təşkil edilib, Paul Fjeld tərəfindən həyata keçirilmişdir. Hər ikisinə də təşəkkür edirəm. |
CONTRACT_AND_APPROVALS.agc-dan alınmışdır.
Bu AGC proqramı Colossus 2A kimi də tanınır.
R-577
hesabatında qeyd edildiyi kimi, bu proqram CM üçün istifadə məqsədli nəzərdə tutulub. Bu proqram DSR 55-23870
layihəsi, Milli Aeronavtika və Kosmos Administrasiyasının Kosmik Gəmilər Mərkəzinin sponsorluğu ilə, Cambridge Mass Massachusetts Texnologiya İnstitutunun Alətlər Laboratoriyası ilə NAS 9-4065
müqaviləsi əsasında hazırlanmışdır.
Göndərən | Vəzifəsi | Tarix |
---|---|---|
Margaret H. Hamilton | Colossus Proqramlama Lideri Apollo Yönləndirmə və Naviqasiya |
28 Mart 1969 |
Təsdiqləyən | Vəzifəsi | Tarix |
---|---|---|
Daniel J. Lickly | Direktor, Tapşırıq Proqramı İnkişafı Apollo Yönləndirmə və Naviqasiya proqramı |
28 Mart 1969 |
Fred H. Martin | Colossus Layihə rəhbəri Apollo Yönləndirmə və Naviqasiya Proqramı |
28 Mart 1969 |
Norman E. Sears | Direktor, Tapşırıq İnkişafı Apollo Yönləndirmə və Naviqasiya Proqramı |
28 Mart 1969 |
Richard H. Battin | Direktor, Tapşırıq İnkişafı Apollo Yönləndirmə və Naviqasiya Proqramı |
28 Mart 1969 |
David G. Hoag | Direktor Apollo Yönləndirmə və Naviqasiya Proqramı |
28 Mart 1969 |
Ralph R. Ragan | Direktor köməkçisi Alətlər Laboratoriyası |
28 Mart 1969 |